Hava proqnozu elektron qaydada çatdırılacaq
NUHÇIXAN xəbər verir ki, bundan sonra muxtar respublikada hava məlumatları və proqnozlar avtomatlaşdırılmış üsulla elektron qaydada hazırlanacaq. Bunun üçün yerlərdə müasir texnologiyaların quraşdırılmasına başlanılıb. Yeni avadanlıq vasitəsilə 7 parametr üzrə məlumatlar veriləcək.
Meteoroloji məlumatların kənd təsərrüfatı, fövqəladə hallar, meşə təsərrüfatı və digər sahələrdə çox böyük əhəmiyyəti var. Bu günə qədər məlumatlar ənənəvi üsullarla ictimaiyyətə və təşkilatlara çatdırılırdısa, bundan sonra muxtar respublikada fəaliyyət göstərən meteoroloji stansiyalardan avtomatlaşdırılmış şəkildə məlumatlar ötürüləcək.
Avtomatlaşdırılmış meteostansiyalar Finlandiyanın VAYSALA şirkətinin istehsalıdır. Qurğu vasitəsilə hava haqqında məlumatlar birbaşa internetə ötürüləcək. Daim yenilənən məlumatları VEB SERVER-dən izləmək mümkündür.
Avtomat meteostansiyaları ilk olaraq Culfa şəhərində quraşdırılıb. Naxçıvan şəhərində isə bu istiqamətdə iş davam etdirilir. Qurğular yaxın zamanda muxtar respublikanın rayonlarındakı digər stansiyalarda da quraşdırılacaq.
Cavid Səfərli