Hava limanında son texnologiyalar tətbiq edilir

692

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Beynəlxalq Hava Limanının direktoru Məşhur Gülməmmədli bildirib ki, bu ilin birinci yarısında Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Mülki Nəqliyyat Assosiasiyasının tələbləri çərçivəsində elm və texnikanın son nailiyyətləri hava limanında tətbiq edilib.

Hava gəmilərinə qulluq, sərnişin və yükün daşınmasında xidmətin təşkil edilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ayrı-ayrı xidmət sahələrinin zəruri texniki vasitələrlə təmin edilməsi ilin ilk yarısında qarşıya qoyulan başlıca vəzifələrdən olub. Aviasiya Təhlükəsizlik Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanılması prosesi beynəlxalq norma və qaydalara uyğun təşkil edilib.   

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanında təyyarə dayanacaqlarının örtüyünün xüsusi asfalt qatı ilə üzlənməsi prosesi artıq başa çatdırılıb. Hazırda aerovağzal ətrafı yolların təmiri işləri aparılır. 

Qeyd olunub ki, bəhs edilən dövrdə kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb. Əməkdaşlar Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak edib. 

Sonra  məruzə ətrafında cari ilin 6 ayı ərzində görülən işlərlə bağlı  çıxışlar olub.                                                         

                                                                                 Röyal Kərimov

                                                                  

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: