Hava hücumundan ən yaxşı müdafiə batareyası adı uğrunda yarış keçirilir

245

Hava Hücumundan Müdafiə qoşunlarının təlim mərkəzində hava hücumundan ən yaxşı müdafiə batareyası adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.

Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışların yekun nəticələrinə görə hava hücumundan ən yaxşı müdafiə batareyası müəyyənləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: