Hərbi xidmətdən imtina edən ermənistanlı gənc intihar edib

160

Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub.

İşğalçı orduda baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs isə çıxış yolunu intiharda görüb. Məlumatda bildirilir ki, 28 yaşlı Arman.T Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son qoyub.

Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapıldığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı da bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: