Hərbi topoqrofların konfransı keçirilib

87

Cari ilin elmi iş planına uyğun olaraq, “Müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli topoqrafik və dəniz naviqasiya xəritələrinin tətbiqi” mövzusunda hərbi-elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, konfransda birlik və birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: