Hərbi hissələrə sovqat aparılıb
NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti tərəfindən əkilmiş meyvə bağlarından toplanan 3 tona yaxın ərik, alma, alça, albalı meyvələri Naxçıvan şəhərindəki hərbi hissəyə sovqat aparılıb.
Ordubad rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların kollektivlərinin iməcilik yolu ilə əkdikləri meyvə bağlarından ümumilikdə toplanan 1 tondan artıq alma, ərik və gilənar da hərbi hissəyə təhvil verilib.
Bundan sonra da hərbi hissələrə göndərmək üçün bağlarda məhsul yığımı davam edir.
Sadiq Məmmədov