Hərbi dənizçilər gəminin sağqalması üzrə tapşırıqları məşq etdiriblər

112

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.

NUHÇIXAN xəbər verir ki, hazırlıq məşqlərinin birinci mərhələsi “quru” üsulu, yəni suyun gəmiyə daxil olmaması ilə aparılıb.

Sonra gəminin şərti zədələnmiş hissəsini təqlid edən xüsusi quraşdırılmış dəliklər vasitəsilə “gəmiyə” su ötürülüb. Bu zaman gəmi heyəti müxtəlif qəza avadanlıqlarından istifadə etməklə qısa müddətdə suyun “gəmiyə” daxil olmasının qarşısının alınması üzrə tapşırıqları icra ediblər.

Məşqlərin keçirilməsində əsas məqsəd gəminin təhlükəsizliyinin təmin edilməsi, eləcə də gəminin xilas olunması üzrə heyətin bacarıq və vərdişlərinin artırılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: