Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında komandamız daha iki medala sahib olub

101

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası daha iki medala sahib olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatın sərbəst güləş yarışında daha iki pəhləvanımız döşək üzərinə çıxıb.

Çempionatda 86 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kənan Əliyev ardıcıl olaraq parlaq qələbələr qazanaraq finala yüksəlib. Güləşçimiz son qarşılaşmada yalnız Rusiya təmsilçisinə 1 xal hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

MOİK-in nümayəndəsi Roman Bəkirov (97) üçüncü yer uğrunda mübarizədə Kolumbiya idmançısı üzərində təmiz qələbə qazanaraq bürünc medala layiq görülüb.

Beləliklə, hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında komandamız 1-i qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.

Mayın 14-dən start götürən çempionat mayın 20-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: