Hər səhər içdiyimiz şirin çay bu pozulmalara səbəb olur

285

Çay çox faydalı içkidir. Onun tərkində olan qiymətli maddələr ürək-damar və onkoloji xəstəliklərin riskini azaldır, orqanizmin tonusunu artırır, gümrahlıq verir.

Lakin çaya əlavə olunan şəkər onun faydalı xüsusiyyətlərini xeyli azaldır və hətta bəzi pozulmaların inkişafına səbəb olur.

Qida mütəxəssisləri qara və yaşıl çaya şəkər əlavə etməyi tövsiyə etmirlər.

NUHÇIXAN zdr.ru-ya istinadla xəbər verir ki, şirin çay köpə və meteorizmə səbəb olur. Bu pozulmalardan əziyyət çəkirsinizsə, şirin çaydan imtina edin.

– Artıq çəkidən əziyyət çəkənlər şirin çaydan ümumiyyətlə imtina etməlidir. Rusiya mütəxəssiləri maraqlı eksperiment aparıblar. Onlar eksperiment iştirakçılarına 1 ay ərzində şirin çaydan imtina etməyə tapşırıblar. 1 aydan sonra məlum olub ki, qidalanmasında heç bir başqa dəyişiklik etməyən bu insanlar 1,5-2 kq çəki itirib.

– Şirin, xüsusilə də çox şirin çay (3-4 ç.q) qanda şəkərin səviyyəsinin tez yüksəlməsinə və sonra da tez düşməsinə səbəb olur. Şəkər düşəndə biz aclıq hiss etməyə başlayırıq. Beləliklə, şirin çay acdırır və bizi əlavə kalori qəbul etməyə vadar edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: