Həkimlər üçün seminar-treninq keçirilir

200

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində mamalıq və ekstragenital patologiya üzrə üçgünlük seminar-treninq keçirilir. Tədbirdə muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-neonatoloqlar iştirak ediblər. Seminarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə nazirlik tərəfindən bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarlar keçirilir. Məqsəd ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi və bu istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsidir.

Sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı İzzət Şamxalova ürək-damar xəstəlikləri və hamiləlik mövzularında təlim keçib. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib. Bu mövzularda video-süjetlər  nümayiş etdirilib.

                                                                                           Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: