Həftəsonu futzal üzrə Azərbaycan kuboku yarışlarında yeni mövsümə start veriləcək

111

Həftəsonu futzal üzrə Azərbaycan kuboku yarışlarında 2018/2019-cu il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 final mərhələsindən başlayacaq.

NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, reqlamentə əsasən, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində – yanvarın 11-də, 12-də və 13-də “Olimpik Star”da keçiriləcək. Bu mərhələnin qalibləri daha sonra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.

Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: