Hərbi Hospitalda müalicə olunan əsgərlərə bayram sovqatı təqdim edilib

779

Birlik və həmrəylik ordunun gücünü təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birlışmə və hissələrində xidmətin təşkilində “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi əsas götürülür. Bu isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını daha da artırır. Bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi isə xalq-ordu birliyinin daha bir ifadəsidir.

NUHÇIXAN xəbər verir ki, dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlib, burada müalicə olunan əsgərlərlə görüşüb, onlara bayram sovqatı təqdim edib.

Hospitalın rəisi, tibb xidməti polkovniki Əli Abdullayev məlumat verib ki, hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Xüsusilə çətin dağlıq şəraitdə yerləşən birləşmə və bölmələrdə yaradılan şərait, iqlim şəraitinə uyğun rejim qaydalarının və qidalanmanın tətbiqi əsgərlər arasında xəstəliklərin azalmasına səbəb olub. Hərbi hospitalda hərbi qulluqçuların müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Dərman vasitələri ilə təminat və müasir avadanlıqların qurulması, eləcə də ixtisaslı həkimlərin olması tibb xidmətin hərtərəfli təşkilinə imkan verir.

Seymur Talıbov hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan əsgərlərin səhhəti və qidalanması ilə maraqlanıb, onları və kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edib.

Hərbi hospitalda müalicə olunan xəstələr göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: