Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kvirikaşvili bunu Tbilisidə keçirilən fövqəladə brifinqdə deyib.
“Mən Gürcüstanın Baş naziri postundan istefa vermək qərarına gəldim”, – deyə o bildirib.
Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.