NUHÇIXAN xəbər verir ki, Gürcüstan Prezidentinin Sərəncamına əsasən Z.Pataradze avqustun 29-da Azərbaycanda səfir vəzifəsinin icrasına başlayacaq.
Gürcüstanın Azərbaycandakı hazırkı səfiri Teymuraz Şaraşenidze 2011-ci ildə bu vəzifəyə təyin olunmuşdu və onun diplomatik missiyası bu ildən başa çatıb.
Z.Pataradze bu ilin may ayında Acarıstan MR hökumətinin sədri vəzifəsindən istefa verib. O, 1996-cı ildən 2000-ci ilədək Acarıstan Daxili İşlər Nazirliyində kriminal polis departamentinin inspektoru işləyib. Sonra Gürcüstan DİN-in konsulluq şöbəsinə keçib və 2004-cü ildən diplomat kimi Rusiyada çalışıb. 2007-ci ilədək Gürcüstanın Rusiyadakı səfirliyində ikinci katib, müşavir olub. 2009-cu ildə İsveçrənin Rusiyadakı səfirliyində Gürcüstanın maraqlarını müdafiə edən konsul kimi fəaliyyət göstərib. 2009-2010-cu illərdə Salonikdə Gürcüstanın baş konsulu, 2011-2012-ci illərdə Gürcüstanın Türkiyədə baş konsulu olub.
Z.Pataradze 2012-ci ildən 2013-cü ilin mart ayınadək Gürcüstanın Türkiyədə, 2013-2016-cı illərdə isə Qazaxıstanda səfiri olub.
Digər xəbərlər