Gürcüstanda Silahlı Qüvvələrin yaranması günü qeyd edilib

76

Aprelin 30-da Gürcüstanda Silahlı Qüvvələrin yaranmasının 27-ci ildönümü qeyd olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə Tbilisi yaxınlığında Vaziani hərbi şəhərciyindəki IV briqadada təntənəli tədbir keçirilib.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbərliyi və zabitləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bayram təbriklərini qonşu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyinə və Silahlı Qüvvələrinin zabitlərinə çatdırıblar.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Baş nazir Giorgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria, Baş Qərargah rəisi general-mayor Vladimir Çaçiyaba hərbçiləri təbrik ediblər.

Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, bu il ordunun yaranması müxtəlif tədbirlərlə qeyd olunacaq. May ayında ordunun müdafiə qabiliyyətini gücləndirmək, döyüş vərdişlərini artırmaq məqsədilə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərdə Gürcüstan Silahlı Qüvvələrində silahlanmaya yeni qəbul edilmiş tank əleyhinə “Cavelin” raketləri nümayiş etdiriləcək. Həmçinin Gürcüstan Müdafiə Nazirliyinin veb-səhifəsi istifadəyə veriləcək, Hərb Tarixi Muzeyinin açılışı olacaq.

Müdafiə naziri və Baş Qərargah rəisi Əfqanıstandakı sülhməramlıları videomüraciətlə təbrik ediblər.

Bayram tədbirində beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, veteranlar iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: