Gürcüstanda prezident seçkiləri başlayıb

123

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Gürcüstan vətəndaşları ölkə prezidentini sonuncu dəfə ümumxalq səsverməsi ilə seçirlər. Prezident, əvvəlki illərdən fərqli olaraq, 6 il müddətinə seçiləcək.

NUHÇIXAN xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da başlayıb. Seçki bülletenlərinə 25 namizədin adı daxil edilib. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6 nəfərin namizədliyi isə seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Prezident seçkiləri ilə əlaqədar olaraq 3 min 730 seçki məntəqəsi yaradılıb. Onlardan 55-xarici ölkələrdə yerləşir. Seçicilərin ümumi sayı 3 milyon 518 min 877 nəfərdir. Xaricdə 14 min 795 seçici qeydiyyata alınıb.

Prezident seçkilərini izləmək üçün namizədlərin 82 min nümayəndəsi, həmçinin 73 yerli QHT-dən 22 min müşahidəçi qeydiyyatdan keçib. Səsvermənin gedişini, həmçinin 1100 beynəlxalq müşahidəçi və 125 kütləvi informasiya vasitəsindən 2000 jurnalist izləyəcək. Onların 31-i xarici KİV nümayəndəsidir.

Səsvermə axşam saat 20:00-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: