Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb

175

Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze məlumat verib. Bildirib ki, onlardan 23-nün namizədliyi təşəbbüs qrupları, 19-u isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Gürcüstan qanunvericiliyinə və prezident seçkiləri ilə əlaqədar MSK-nın müəyyən etdiyi tədbirlər planına uyğun olaraq namizədliyin irəli sürülməsi müddəti sentyabrın 8-də başa çatıb. Bundan sonra namizədlər topladıqları imzaları və digər sənədləri sentyabrın 18-dək MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.

MSK isə sentyabrın 28-dək imzaları və tələb olunan digər sənədlərin doğruluğunu yoxlayıb həmin şəxslərin namizədliyini təsdiq etməlidir.

Mikeladzenin sözlərinə görə, 42 nəfərdən dördünün namizədliyi artıq qeydə alınıb.

Bunlar “Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat” Partiyasının lideri David Bakradze, Mixail Saluaşvili (Ədalətin bərpası “Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”) və Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: