Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələrinin siyahısındadır

117

BMT üzv ölkələr üçün yeni üzvlük haqları cədvəlini təsdiq edib. Cədvələ əsasən üzvlük haqlarının miqdarı artıb.

NUHÇIXAN xəbər verir ki, yeni plana əsasən ən çox üzvlük haqqı BMT-nin ümumi xərclərinin 22 faizi, ən aşağı həddi isə 0,01 faizi həcmində müəyyən edilib. Amerika Birləşmiş Ştatları 22 faizlik üzvlük haqqını ödəyəcək yeganə ölkə olacaq.

Siyahıda sonrakı yerləri 12,005 faizlə Çin Xalq Respublikası, 8,564 faizlə Yaponiya, 7 faizlə Almaniya və 4,427 faizlə Fransa tutur.

Rusiyanın ödəyəcəyi məbləğ BMT-nin ümumi xərclərinin 2,405 faizini təşkil edəcək. Qazaxıstan 0,187 faizlə siyahıda ilk onluqdadır.

Azərbaycan BMT büdcəsinin 0,049 faizi qədər üzvlük haqqı ödəyəcək.

Gürcüstan (0,008 faiz) və Ermənistan (0,007 faiz) siyahıda sonuncu yerləri tuturlar.

Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələri siyahısında yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: