Gürcüstan Prezidenti ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib

128

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin dəqiq vaxtının hələ də müəyyən edilməməsindən narahatçılığını ifadə edib. O,seçkilərin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.

Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.

Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: “Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən etməyib, Giorgi Marqvelaşvili özü də bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib. Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır. Buna baxmayaraq, artıq bəzi partiyalar artıq seçkilərə hazırlığa başlayıb, “Avropa Gürcüstanı” partiyası isə daha qabağa gedərək öz namizədinin adını ictimaiyyətə açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: