Gürcüstan parlamenti iki gün davam edən müzakirələrdən sonra Baş nazir Mamuka Baxtadzenin təqdim etdiyi tərkibdə yeni hökumətə etimad göstərib.
NUHÇIXAN xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı hökumətin yeni tərkibinin lehinə 101, əleyhinə 12 deputat səs verib.
Məlumat üçün qeyd edək ki, yeni hökumət əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət nazirindən ibarətdir.
Beləliklə Gürcüstanın elm, təhsil və mədəniyyət naziri Mixail Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kobuliya, maliyyə naziri Arçil Qaçeçiladze, regional inkişaf naziri Mayya Tsikitaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Qeorqi Qaxariya, ədliyyə naziri Teya Tsulukiani, müdafiə naziri Levan İzoria, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri David Serqeenko, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri vəzifəsinə isə Ketevan Tsexelaşvili təyin olunublar.