Gürcüstan mətbuatı Prezident İlham Əliyev ilə Baş nazir Mamuka Baxtadzenin görüşünə geniş yer ayırıb

162

Gürcüstan mətbuatı bu ölkənin Baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfərinə, xüsusən Prezident İlham Əliyev ilə görüşünə geniş yer verib.

NUHÇIXAN xəbər verir ki, Gürcüstanın nüfuzlu interpressnews.ge, news.ge, vestikavkaza.ru portalları, 1tv.ge televiziyası, AGFM radiosu və digər nəşrlər Bakıda Prezident İlham Əliyevin Baş nazir Mamuka Baxtadze ilə görüşündən materiallar yayıblar.

Xəbərlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığı, strateji tərəfdaşlığın daha da genişləndiyi, Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğu xüsusi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: