Gündə 2-3 fincan çay sümüklərin bərkiməsinə kömək edir

215

Çinin Şanxay Hospitalının mütəxəssisləri müəyyən ediblər ki, gündə içilən 2-3 fincan çay sümüklərin bərkiməsinə, eləcə də osteoparozun qarşısının alınmasına kömək edir.

NUHÇIXAN Zdorovye i medicina saytına istinadla xəbər verir ki, alimlərin fikrincə çayın faydaları qadınlara və kişilərə eyni təsir göstərir. Bu içki bud sınıqları riskini 37 faiz azaldır.

Çinli alimlər əvvəlki, qidalanma ilə bud sümüyü sınığı riski arasındakı əlaqəni özündə əks etdirən 14 tədqiqatın nəticələrini araşdırıblar. Bu, təxminən 200 nəfər üzərində aparılan araşdırmaların nəticələri göstərib ki, onların arasında çaysevərlərin bud sınığı ilə üzləşmə riski digərlərinə nisbətən daha aşağıdır. Məlum olub ki, gün ərzində içilən iki fincan çay bud sınığı riskini 28 faiz, 2-3 fincan çay isə 37 faiz azaldır. Lakin 3-4 fincan çayla bu risk 21 faizə bərabərdir.

Alimlərin fikrincə buna səbəb çayın tərkibindəki flavonoidlərdir. Bu maddə yeni sümük toxumasının yaranma prosesini tezləşdirir, köhnələrin dağılma sürətini isə zəiflədir. Bundan əlavə çayın tərkibindəki bir sıra digər minerallar da sümüklərin daha bərk və qalın olmasına kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: