Güləşçilərimiz U-23 Avropa çempionatında iştirak edəcəklər

160

İyunun 4-10-da İstanbulda güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatda 19-23 yaşarası idmançılar mübarizə aparacaqlar.

NUHÇIXAN xəbər verir ki, çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 3 qadın güləşçimiz iştirak edəcək. Yarışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionata Əfqan Xaşalov (57 kq), Elçin Vəliyev (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: