Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin sonuncu günündə 1 qızıl və 1 bürünc medal qazanıblar
Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb.
Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, yarışların sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 hesabı ilə qalib gələrək çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) bürünc medal qazanıb.