Güləşçilərimiz beynəlxalq turnirdə üç medal qazanıblar

132

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir davam edir.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edir. Sentyabrın 7-də üç güləşçimiz fəxri kürsüyə qalxıb. Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb.

Bundan başqa, 61 kiloqram çəki dərəcəsində güləşən idmançılarımızdan Əhmədnəbi Qvarzatilov yarışın finalına yüksəlib. Həmin çəkidə yarışan Məhəmmədhacı Kasumov mübarizəni dayandırıb. İbrahim Yusubov (79 kq) isə bürünc medal qazana bilər. Ə.Qvarzatilov və İ.Yusubov həlledici görüşlərini sentyabrın 8-də keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: