Güləşçilərimiz “Alrosa” kuboku yarışlarında güclərini sınayacaqlar

116

Dekabrın 1-2-də Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, “Dinamo” İdman Sarayında təşkil olunacaq turnir Olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət komanda yarışıdır.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda mübarizə aparacaq. Rəqiblər Rusiya, İran, Gürcüstan və Özbəkistan komandaları olacaq.

Yunan-Roma güləşi üzrə yığmamızın heyətində isə Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıblar. Onlar məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edəcəklər. Rəqiblər Rusiya, Özbəkistan və Gürcüstandır.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi birinci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: