Dekabrın 20-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının üçüncü gününün qarşılaşmaları başlayıb.
NUHÇIXAN xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışın üçüncü günündə sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Reqlamentə əsasən, bu gün saat 17:00-dan sonra sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları baş tutacaq.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Belə ki, Ziya Zeynalov (55kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63kq), Elman Muxtarov (67 kq), Rüstəm Əliyev (77 kq), Elvin Mürsəliyev (82 kq), Rafiq Hüseynov (87 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.