Göyərtilər: ağız dadı və şəfa mənbəyi

114

Təbii qida kimi göyərtilər çox faydalıdır. Onlardan istifadə edilməsi xörəyə dad verməklə yanaşı, müalicəvi təsir də göstərir. Bəzən Qafqaz xalqlarının uzunömürlüyünü göyərtidən çox istifadə etməklə əlaqələndirirlər.

NUHÇIXAN tibbi saytlara istinadla xəbər verir ki, göyərtilərin hər birinin özünəməxsus üstünlükləri var.

Məsələn, sarımsaq yemək dilin üstündə olan ərpi aparır. Arterial təzyiq zamanı sarımsaqla yanaşı tərxun yeyilməsi də çox faydalıdır. Ur və köp zamanı şüyüd yeyilməsi məsləhətdir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xorəyi keşnişlə yemək lazımdır. Keşniş eyni zamanda əsəbləri sakitləşdirir.

Ağız qoxusuna qarşı çoxlu cəfəri yeyilmək məsləhət görülür. Cəfəri iyi qovmaqla yanaşı, qanı qatılaşdırır. Onun tərkibində olan K vitamini qanaxmaya meyilli olanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalı təsir göstərir.

Böyrək və öd daşından əziyyət çəkənlərin kərəvizdən istifadə etməsi məsləhətdir. Kərəviz şiş xəstəliklərinin müalicəsində də istifadə edilir, hər gün onun şirəsindən bir stəkan içmək çox xeyirlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: