“Google” və “Facebook” azad internet haqqında sazişi dəstəkləyib

104

“Google” və “Facebook” şirkətləri qlobal şəbəkə yaradıcısı Tim Berners-Li tərəfindən təklif olunan yeni internet standartlarına dəstək nümayiş etdiriblər.

NUHÇIXAN “SecurityLab” resursuna istinadən xəbər verir ki, söhbət prinsipləri bütün insanların internetə sərbəst çıxışını, internetdən istifadənin məhdudlaşdırılması və ya qadağan olunması üçün bütün cəhdlərdən imtina edilməsini, istifadəçilərin fərdi məlumatlarının təhlükəsizlik və məxfiliyinə hörməti və s. nəzərdə tutan “İnternet sazişi”ndən (Contract for the Web) gedir.

Məlumata görə, sazişi Fransa hökuməti, “Internet Sans Frontières” (Sərhədsiz internet) təşkilatı, milyarder Riçard Brenson və digərləri daxil olmaqla 50-dən çox təşkilat və biznes sahəsi nümayəndəsi dəstəkləyib. Maraqlıdır ki, internet nəhəngi “Amazon” sazişə qoşulmayıb və şirkət nümayəndələri məsələyə aydınlıq gətirməyi düşünmürlər.

Berners-Linin sözlərinə görə, sazişin bütün müddəaları yaxın bir neçə ay ərzində razılaşdırılacaq. 2019-cu ilin martınadək alim sazişin şərtlərinə əməl etmək üçün maksimum sayda şirkət cəlb etmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: