Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

303

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da  muxtar respublika gömrük orqanları tərəfindən kütləvi informasiya vasitələrin nümayəndələrinin iştirakı ilə növbəti məhvetmə tədbiri keçirilib. 

Yandırılaraq məhv edilən 550 kq meyvə şirəsi, 362 kq qarışıq ərzaq məhsulu, 360 kq xəmir mayası, 350 kq kukruz, 196 kq turşu, 160 kq xurma, 100 litr süd, 54 ədəd xama, 40 kq qənd və 7 adda ümumi çəkisi 110 kq digər qida məhsulları keyfiyyətsiz və ya xarab olduğundan, o cümlədən üzərində istehsal və istehlak müddəti göstərilmədiyi üçün gömrük işçiləri tərəfindən saxlanılıb. 850 kq biskivitin və 210 kq şokalad kreminin  başa çatmış son istifadə müddətinin sonradan artırıldığı müəyyən olunub. 

16 adda müxtəlif ev əşyaları və mebel avadanlıqları, 21 ədəd qaz sobası və qazla işləyən digər cihazlar, eləcə də müxtəlif təsərrüfat malları müvafiq müşayiət sənədləri olmadığı və standartlara cavab vermədiyi üçün saxlanılıb. Xaricdən ayrı-ayrı vətəndaşlar tərəfindən gətirilən köhnə, işlənmiş mallar arasında 18 ədəd avtomobil şini də olub. Bundan başqa  ayrı-ayrı şəxslərin gətirdiyi ümumi çəkisi 300 kq-dan artıq geyim əşyası da yararsız olduğu üçün məhv edilib.

Gömrük orqanları tərəfindən xaricdən muxtar respublikamıza gətirilərkən saxlanılan 395 kq yuyucu vasitə məhz saxta və keyfiyyətsiz olduğu üçün yandırılıb. 

923 kq quru və nəm salfetlər, 290 kq cücə yemi, 262 kq şampun, 95 kq həşərat və bitkiçilik dərmanı, 37 kq karton tara, 25 kq balıq yemi, 22 ədəd texniki spirt standartlara cavab vermədiyindən və üzərində istehsal və son istifadə müddəti göstərilmədiyindən,  4 000  ABŞ dolları və 6 300 türk lirəsi saxta olduğundan, 1577 ədəd siqaret və ümumilikdə 10 adda mal isə işğalçı Ermənistan Respublikasına aid olduğundan məhv edilib. 

Gömrük orqanları milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan ədəbiyyat və vasitələrin və  digər malların muxtar respublikaya gətirilməsinə qarşı mübarizə tədbirlərini də davam etdirilib. Bu istiqamətdə saxlanılan  ümumilikdə 4 adda müxtəlif vasitələr, o cümlədən 50 ədəd beşbarmaq xüsusi qaydada məhv olunub. 

Vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunan ümumilikdə 3 adda 69 ədəd pirotexniki vasitə də yandırılıb.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: