Gimnastlarımız Macarıstandan səkkiz medalla qayıdırlar

132

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə yeniyetmələrin beynəlxalq turnirini 8 medalla başa vurub.

NUHÇIXAN xəbər verir ki, millimizin perspektivli gimnastları iki dəfə himnimizi Budapeşt arenasında səsləndirməyi bacarıblar.

Komandamızın hesabına ən çox medalı Səməd Məmmədli qazandırıb. Təmsilçimiz dəstəli at üzərində çıxışına görə qızıl, dayaqla tullanmada gümüş, paralel qollarda isə bürünc medala sahib olub. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.

Növbəti qızıl medala Cavidan Babayev halqalarda uğurlu çıxışına görə sahib olub. Digər idmançımız Ramin Dəmirov da komanda yoldaşlarından geri qalmayaraq, öz yaş kateqoriyasında çıxışına görə, halqalarda gümüş, çoxnövçülükdə isə bürünc medalla mükafatlandırılıb. Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: