Geomaqnit qasırğası gözlənilir

236

Mayın 31-də başlamış geomaqnit həyəcanlaşmasının bu gün və qarşıdan gələn günlərdə davam edəcəyi, hətta qasırğaya keçəcəyi gözlənilir. Hazırda əsas geomaqnit indekslərindən biri olan “Kp”nin qiyməti dörddür (maksimum 9 olur), lakin o daha da artacaq. Yaxın saatlarda və iyunun 2-də 55 faiz ehtimalla G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir. Bu cür şkalaya uyğun qasırğalar nadir hallarda – 11 ildə bir-iki dəfə baş verir.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud və müsbət polyarlığa malik böyükölçülü və maraqlı formaya malik “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yerə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 600 km/saniyədir.

Planetlərarası maqnit sahəsinin “Z” komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Meteoroloji şəraitin dəyişmələri kosmik hava ilə yanaşı, neqativ diskomfort effektlərini artırır.

Xroniki ürək–damar xəstəliklərindən əziyyət çəkənlər, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: