Genetiklər ağciyər xərçənginin yeni müalicə üsulunu tapıblar

186

Ağciyər xərçəngi dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. “Zvezda” saytında yazılan məlumata görə, alimlər onkoloji xəstəliklərə qarşı mübarizədə dəyişiklik edilmiş genoma daha çox ümid bəsləyirlər. Məlum olub ki, xərçəngin yaranması ilə 15q25 xromosomu arasında müəyyən əlaqə var. O, insan orqanizmində baş verən mühüm bioloji proseslərə nəzarət edir və immun sisteminə təsir göstərir.

NUHÇIXAN Rusiyanın  KİV-lərinə istinadla xəbər verir ki, qeyd edilən xromosomun təsirini dayandırmaqla, ağciyər xərçənginə qalib gəlmək olar. Bundan əvvəl müəyyən edilib ki, hər kəsin tütündən özünəməxsus dərəcədə asılılığı var. Nikotin reseptorlarına nəzarət edən genlərdə asılılıq dərəcəsindən və ağciyər xərçəngi nəticəsində ölüm riskindən xəbər verən mutasiyalar mövcuddur.

Lokusun (genin yerləşdiyi nahiyənin) ağciyər xərçənginə meyilliliyi 15q25 xromosomunda nikotin asetilxolin reseptorunun genetik subvahidi ilə əks olunur. Daxili nəzarət mexanizminin pozulması nəticəsində orqanizmdə narkotik maddəyə asılılıq artır. Normal vəziyyətdə nikotinin həddən artıq olması müvafiq reseptorlar tərəfindən təhlükəli durum kimi qəbul edilir. Belə halda narkotik maddə az istehlak edilir.

Dəyişikliyə məruz qalmış reseptorları olan insanlarda müvafiq mexanizm lazımi qaydada işləmir. Nəticədə onlar daha çox narkotik maddə qəbul edir və bunu dayandırmağın zəruriliyini hiss etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: