Gənclərin istehsal müəssisəsinə ekskursiyası təşkil olunub

236

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə bir qrup ali və orta ixtisas təhsili müəssisələri  tələbələrinin  “Ləzzət Biskvit və  Şokolad Fabriki”nə  ekskursiyası təşkil edilib. “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması”  layihəsi çərçivəsində həyata keçirilən tədbirdə müəssisə barədə tələbələrə ətraflı məlumat verilib. Sonra tələbələr fabrikin istehsal sahələri ilə tanış olub, laboratoriyaya baxıblar. Burada  onlara  məhsulların istehsal mərhələləri haqqında  ətraflı məlumat verilib.

Ekskursiyaların keçirilməsində məqsəd gənclərin muxtar respublikanın iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə gəzintilərini təşkil etməklə onların istehsalat təcrübəsi ilə yaxından  tanışlığını təmin etməkdir.

Qeyd edək ki, layihə 9 ay müddətində keçiriləcək. Hər ay seçilmiş 25 gəncin   muxtar respublikada  fəaliyyət göstərən sahibkarlıq  subyektlərinə ekskursiyası təşkil olunacaq.

                                                                        Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: