Gənclərdə yüksək təzyiq ürək-damar xəstəlikləri riskini artırır

113

Yüksək təzyiq və ürək-damar xəstəliklərinin bir-biri ilə əlaqəli olduğu heç kimə sirr deyil. Lakin gənclərdə yüksək təzyiq müşahidə olunduqda ürək-damar xəstəliklərinin yaranma riski artır. Bu nəticəyə Dyukan Universitetinin mütəxəssisləri apardıqları araşdırmanın sonunda gəliblər.

NUHÇIXAN Mad Daily saytına istinadla xəbər verir ki, amerikalı alimlər normal təzyiqi 120/80 olaraq müəyyən edirlər. Göstərici 120-129/ən azı 80 olduqda isə bu artıq yüksək təzyiq hesab olunur. I dərəcəli hipertoniyada qan təzyiqi 130-139/80-89, II dərəcədə isə 140/90 və daha yüksəkdir. Bu istiqamətdə aparılan araşdırmalarda 40 yaşa qədər 4800-dən çox insanın qan təzyiqi ölçülüb.

Tədqiqatlardan müəyyən edilib ki, 40 yaşa qədər olanlarda yüksək təzyiq varsa bu, ürək-damar xəstəlikləri riskini 3,5 dəfə artırır. Bunlara ürək tutmaları və insultlar da daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: