Gənclər üçün onlayn fotomüsabiqə keçirilir

173

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik bütün gəncləri onlayn müsabiqəyə dəvət edir.  Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda gənclər arasında “Facebook və İnstagram” sosial şəbəkələrində onlayn foto müsabiqə keçirilir.  Müsabiqədə yaşı 18-29 arasında  olan hər kəs iştirak edə bilər. Müsabiqənin şərtləri aşağıdakı kimdir:

  1. Müsabiqədə iştirak etmək üçün fotoşəkillər sentyabr ayının 5-dən başlayıb və 30-a qədər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “nmr_gencler_ve_idman_nazirliyi” İnstagram və “Naxçıvan MR Gənclər və İdman Nazirliyi” Facebook səhifələrinə göndərilməlidir.
  2. Müsabiqədə iştirak edəcək müəlliflər ən çoxu 3 (üç) fotoşəkil təqdim edə bilərlər. (daha çox fotoşəkil təqdim edən iştirakçının ilk 3 (üç) fotoşəkili paylaşılacaq)
  3. Müsabiqəyə təqdim olunan fotolar haqqında qısa məlumat yazılmalıdır.
  4. Fotoşəkillər 2018-ci  il oktyabrın 1-də  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “nmr_gencler_ve_idman_nazirliyi” İnstagram və “Naxçıvan MR Gənclər və İdman Nazirliyi” Facebook səhifələrində paylaşılacaqdır.
  5. Müsabiqə oktyabrın 4-ü saat 17:00-dək davam edəcəkdir.
  6. Fotomüsabiqə qaliblərinin mükafatlandırılması iki nominasiya üzrə Facebook və İnstagram sosial şəbəkələrində aparılacaq.
  7. Hər iki nominasiya üzrə paylaşılan fotolardan ən çox bəyənilən 3 (üç) fotoşəkilin müəllifi mükafatlandırılacaqdır.
  8. Əgər paylaşılan fotoların bəyənilmə sayı bərabər olarsa bərabər olan fotoların yerləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir.
  9. Fotomüsabiqə qaliblərinin mükafatlandırılması 5 oktyabr 2018-ci il tarixdə saat 15:00-da Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində keçiriləcəkdir. Qaliblərin müəyyənləşdirilməsi üçün aşağıdakı qaydada yerlər müəyyən edilir: Facebook sosial şəbəkəsi üzrə:

Bir-I yer

Bir-II yer

Bir-III yer

 İnstagram sosial şəbəkəsi üzrə:

Bir-I yer

Bir-II yer

Bir-III yer

Müsabiqədə qalib olacaq  fotoşəkillərin müəlliflərinə təşkilatçı tərəfindən diplom və qiymətli hədiyyələr təqdim ediləcəkdir. Müsabiqənin keçirilməsi məqsədi:

-Naxçıvan Muxtar Respublikasının təbliği və təşviqi -muxtar respublikada yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağların və xiyabanların, yeni tikilən körpülərin, yolların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, şəhərciklərin, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması;

 -Gənclərin muxtar respublikanın sosial şəbəkələrdə tanıdılmasında və təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır. Müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunur.

Əlaqə telefonu: (036) 544-50-06

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: