Gənclər Qazma mağarasına yürüş ediblər 

194

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arsında spelio – mağara turizmi yürüşü üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil Nazirlikləri, eləcə də Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yürüş “9 noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunub. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə yanaşı, Şərur rayon Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdlərinin də iştirak etdiyi yürüşdə qızlar da daxil olmaqla 80 idmançı mübarizə aparıb. İdmançılar rayonun Tənənəm kəndindən 3 km cənub şərqdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşən Qazma mağarası istiqamətində yarışıblar. Yolların çətinliyinə baxmayaraq idmançılar mağaranın qarşısına vaxtında gəlib çatmağı bacarıblar. Yekunda, oğlanlar arsında Naxçıvan Texniki Kollecin tələbəsi Əkbər Mehdiyev birinci yerə layiq görülüb. Qızlar arasında isə Naxçıvan Dövlət Universitetinin təmsilçisi Nazlıcan Çakır finiş xəttinə birinci çatıb. 

Ölkəmizdə ən qədim insan məskənlərindən biri olan Qazma mağarası haqqında idmançılara ətraflı məlumat verildikdən sonra mükfatlandırma mərasimi olub. İlk üçlükdə qərarlaşan idmançılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Elvin Quliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: