Gənclər Nəbatət bağında olublar

195

 

NUHÇIXAN xəbər verir ki, Nəbatət bağında muxtar respublika gənclərinin iştirakı ilə  “Ətraf mühiti necə qoruyaq” mövzusunda  tədbir keçirilib.  Tədbir 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təşkil edilib.

Tədbirdə bildirilib ki, muxtar respublika ərazisinin 27  faizdən  çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.

Bu gün muxtar respublikada yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Son illər meşələrin qorunması ilə bərabər, yeni yaşıllıqların, meyvə bağlarının salınması istiqamətində də mühüm işlər görülür.

Tədbirdə slaydlar vasitəsilə muxtar respublikada yayılan bitki və heyvanat aləmi  haqqında da gənclərə geniş məlumat verilib. Onları maraqlandıran suallar  cavablandırılıb.

Sonda gənclərə Nəbatət bağı haqqında  məlumat verilib.

 

Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: