Gənclər arasında yeni intellekt oyunu keçirilib

273

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclər arasında muxtar respublikada ilk dəfə olaraq “Poliqon” Strateji İntellekt Oyunu keçirilib.

Oyunun keçirilməsində məqsəd gənclərin intellektual oyunlara cəlb olunması, intellektual oyunların kütləviliyinin təmin edilməsi və Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğidir.

4 mərhələdən ibarət olan oyunun ilk “Kəşfiyyat” mərhələsinin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin müəyyən olunmasıdır. Sonrakı mərhələlərdən “Hədəf” mərhələsinin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək öz komandasının üstünlüyünü təmin etməkdir. “Girov” mərhələsinin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq gücünü zəiflətməklə öz komandasının üstünlüyünü təmin etməkdir. “Zəfər” mərhələsinin məqsədi isə komandalar ən güclü fərdlərindən istifadə edərək öz üstünlüklərini təmin etməkdir.

Oyunda komandalar mərhələlərə uyğun olaraq səsləndirilən suallara cavab verməklə öz xal nominallarını artırıblar. Sonda ən çox xal toplayan komandalar qalib hesab olunub. Belə ki, “Aran” komandası I yerə, “Turan” komandası II yerə, “Diplomat” komandası III yerə çıxıb. Qalib komandalar və komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə makafatlandırılıblar. Oyunda fəal iştirakına görə “Zirvə” komandası diplomla təltif olunub. Oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Poliqon” Strateji İntellket Oyununun yardıcı heyəti tərəfindən keçirilib. Oyunda 72 nəfər gənc iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: