Gənc taekvondoçumuz Rusiyada keçirilən beynəlxalq yarışda qızıl medal qazanıb

103

Rusiyada G1 kateqoriyalı beynəlxalq turnirə start verilib. Yarışda Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə Olimpiya komandası da dörd idmançı ilə təmsil olunur.

NUHÇIXAN xəbər verir ki, baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun yetirmələri artıq yarışın ilk günündə aktivlərinə qızıl medal qazanıblar.

Qırx beş kiloqram çəki dərəcəsində dayaq üzərinə çıxan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

H.Həsənlinin digər komanda yoldaşları Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq) və Minayə Əkbərova (46 kq) isə sentyabrın 4-də mübarizəyə qoşulacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: