Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında da gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.
Tərbirdə çıxış edənlər əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Turab Hacızadə
NTV xəbər