Gənc sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionatında ikinci olub

158

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.

NUHÇIXAN xəbər verir ki, çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz turniri üç gümüş və dörd bürünc medalla başa vurub.

İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.

Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan yığması isə üçüncü pillədə qərarlaşıb.

Çempionatın ilk günlərində mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz 1 qızıl, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olub. Yunan-Roma yığmamızda Ülvi Qənizadə (72 kq), qadın güləşçilərdən ibarət millimizdə isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: