Gənc ifaçılar konsert verib
“Gənclik Mərkəzi”ndə “Milli musiqilərimiz gənclərin səsi ilə” devizi altında Naxçıvan Musiqi Kollecinin gənc ifaçılarının konserti olub.
NUHÇIXAN xəbər verir ki, konsert Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar təşkil edilib.
Konsertdə xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan yerli tələbələrlə yanaşı əcnəbi tələblər də iştirak edib. Heydər Əliyev adına Hərbi Liseyin kursantları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri olmaqla ümumilikdə 400 –dən artıq gənc konsert proqramını izləyib.
Tədbir Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.