Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib

307

Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilmişdi.

NUHÇIXAN xəbər verir ki, istintaq-axtarış əməliyyatı zamanı hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib.

Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: