Gələcəkdə həkimləri robotlar əvəzləyəcək

123

İngiltərə Milli Səhiyyə Xidməti robot texnikasının tibb sahəsinə tətbiqi üzrə miqyaslı layihənin icrasına başlayıb.

NUHÇIXAN “Life” resursuna istinadən bildirir ki, Britaniya Səhiyyə Nazirliyi Oksford Universitetinin alimləri ilə birgə həkimlərin əksər hissəsini robotlarla əvəzləməyi planlaşdırır. İlk robotlar xəstəxanalarda pasiyentlərin qeydiyyatını aparacaq və müalicə üçün tövsiyələr verəcək. İkinci mərhələdə tətbiq ediləcək robotlar isə sadə əməliyyatlar, o cümlədən dişlərin müalicəsini aparacaqlar.

Alimlərin sözlərinə görə, gələcəkdə belə robotlar avtomatik rejimdə doğuşda iştirak edəcək və ürək və beyin əməliyyatları edəcəklər.

Bildirilir ki, ilkin mərhələdə robotların işinə insanlar nəzarət edəcəklər, daha müasir əməliyyatsız müalicə üsullarından istifadə isə daha çox xəstəni əməliyyat etməyə və xəstəliklərin qarşısını erkən mərhələdə almağa imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: