Futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar keçirilib

218

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhəri üzrə keçirilən birincilikdə Əliabad qəsəbə və Qaraxanbəyli kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şərur rayonunda keçirilən görüşdə isə Aralıq kənd komandası Kosacan kənd komandasını məğlub etməyi bacarıb – 3:2. Babək rayonu üzrə Nəhəcir komandası Vayxır (4:1), Şahbuz rayonu üzrə Şahbuzkənd komandası Keçili (5:3), Culfa rayonu üzrə Kırna komandası Göydərə (3:1), Ordubad rayonu üzrə Kələntər komandası Aza (3:0), Sədərək rayonu üzrə Heydərabad komandası Qaraağac (5:1), Kəngərli rayonu üzrə isə Xok komandası Qarabağlar komandası (4:2) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, şəhər və rayonlar üzrə I-III yerləri tutmuş komandalar kubokla, həmin komandaların üzvləri və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: