Futbol üzrə Misir yığmasının baş məşqçisi istefaya göndərilə bilər

167

Misirin Futbol Federasiyası Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxış edən milli komandanın baş məşqçisi, argentinalı mütəxəssis Ektor Kuperi istefaya göndərmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Misirin “Al Watan News” qəzeti məlumat yayıb. E.Kuperin Misir yığmasından gedəcəyi barədə məlumatı “Al Youm 7” qəzetinə də təsdiq edən federasiya rəsmisi bildirib ki, söhbət heç də baş məşqçinin istefasından getmir, sadəcə olaraq onun başa çatacaq müqaviləsi uzadılmayacaq.

Bildirilir ki, baş məşqçi ilə yanaşı, məşqçilər korpusu ilə də yollar ayrılacaq.

Qeyd edək ki, Misir millisi mundialın birinci turunda Uruqvay komandasına 0:1, dünən isə meydan sahibi Rusiyaya 1:3 hesabları ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: