Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub

161

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, avqustun 8-də keçirilən ikinci oyun günündə PAOK Yunanıstanda Rusiyanın “Spartak” komandasını (3:2), “Zaltsburq” Avstriyada Makedoniya “Şkendiya”sını (3:0) məğlub edib. “Seltik” isə Şotlandiyada Yunanıstanın AEK klubu ilə hərəyə bir qolla kifayətləniblər – 1:1.

Avqustun 7-də keçirilən oyunların nəticələri isə belə olmuşdu:

“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2

“Qarabağ” (Azərbaycan) – BATE (Belarus) – 0:1

“Malmö” (İsveç) – “Videoton” (Macarıstan) – 1:1

“Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:1

“Standard” (Belçika) – “Ayaks” (Hollandiya) – 2:2

“Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya) – 1:1

“Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə) – 1:0

Cavab görüşləri avqustun 14-də oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: