Futbol üzrə Azərbaycan yığması Farer Adaları komandasının qapısından iki cavabsız top keçirib

173

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib – 1:0. Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub – 2:0. Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb.

Fasilədən sonra millimiz üstün oyun nümayiş etdirməsinə baxmayaraq, hesab dəyişilməyib.

Beləliklə, Azərbaycan milli komandası UEFA Millətlər Liqasında doğma meydanda ilk, turnirdə isə ikinci qələbəsini qazanıb. Oyun ərzində üstün oyun nümayiş etdirən Azərbaycan milli komandası qarşılaşma boyu 624 ötürmə verib, rəqib isə 325 ötürmə ilə kifayətlənib.

Qrupun paralel keçən digər oyununda Kosovo seçməsi səfərdə Malta yığmasını 0:5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, beş turdan sonra Qurban Qurbanovun yetirmələri 9 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 11 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: