Futbol üzrə Azərbaycan və Qırğızıstan millilərinin yoldaşlıq oyunu başlayıb

96

Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edirlər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyıkdır. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edirlər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirir.

Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Maksim Medvedev, Ruslan Abışov, Pavel Paşayev, Ürfan Abbasov, Qara Qarayev, Emin Mahmudov, Cavid İmamverdiyev, Namiq Ələsgərov, Araz Abdullayev və Ramil Şeydayev yer alıblar.

Qırğızıstan yığmasının ilk onbirliyində meydana Valeri Kaşuba, Tamirlan Kozubayev, Kursanbek Şeratov, Aziz Sıdıkov, Mirlan Murzayev, Bekjan Saqınbayev, Avazbek Otkeyev, Kayrat Jırqalbekuulu, Baxtiyar Duyşobekov, Farxat Musabekov və İslam Şamşiyev çıxıblar.

Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağıdır. Milli komandamız əvvəlki görüşlərdə Moldova və Makedoniya yığmaları ilə heç-heçə edib, Belarus seçməsinə məğlub olub.

Komandamız iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: